“Dünyada heç vaxt elə bir ölkə olmayıb ki, onun lideri siyasi uğursuzluqlardan, böyük hərbi məğlubiyyətlərdən, geniş ərazilər itirilməsindən, ordunun məhv edilməsindən sonra yaşasın, azadlıqda olsun, hətta rüsvayçı mətbuat konfransları verməyə davam etsin”.
Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan yazıb.
Onun sözlərinə görə, belə bir şey olmayıb və yoxdur.
“Nə orta əsrlərdə, nə qədim dünyada, nə də lap qədimdə belə kosmik rüsvayçılıq olmayıb.Əxlaqsız kapitulyantın monoloqu aşağıdakılardan ibarət idi: 1) “Əvvəlkilər” təbii olaraq günahkardırlar; 2) Erməni xalqı günahkar və satqındır; 3) Ermənistan ordusu günahkar və hazırlıqsızdır; 4) Putin, Lavrov və Rusiya sülhməramlıları günahkardır; 5) ATƏT Minsk qrupu da günahkardır; 6) Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan günahkardır; 7) Media günahkardır; 8) Müxalifət günahkardır; 9) Azərbaycan günahkardır; 10) Dünya nizamı günahkardır; 11) Əsirlərin valideynləri günahkardırlar; 12) Özünün heç bir günahı yoxdur və ümumiyyətlə, ən vətənpərvər insandır (erməni deyilsə, düz deyir)”, - deyə Zakaryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Zakaryan
Ermənistan
Rüsvayçılıq