Erməni ekspert: “Ermənistan danışıq mövqelərində Azərbaycana növbəti birtərəfli güzəşt edəcək”

2022/06/14124-1656412914.jpg
Oxunub: 1312     10:41     29 İyun 2022    
“Azərbaycan Laçını ələ keçirə (azad edə - red.) və yolu dəyişə bilsə, bunun nəticələri nə olacaq?”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Varujan Geğamyan bildirib.

Onun sözlərinə görə, əgər Azərbaycan Laçın dəhlizinin marşrutunu dəyişə bilsə, bunun çox təhlükəli nəticələri olacaq.

“Bu nəticələr həm Qarabağ (qondarma qurum – red.), həm də Ermənistan üçün yeni təhlükəsizlik təhdidləri və siyasi təhlükələr yaradacaq”, - deyə Geğamyan qeyd edib.

Erməni ekspert vurğulayıb ki, Ermənistanın de-fakto hakimiyyəti növbəti dəfə Azərbaycana yeni ərazilər verəcək, müharibənin bitməsindən iki il sonra birtərəfli ərazi güzəştini davam etdirəcək.

“Rusiya sülhməramlıları yeni magistral yolun kənarına yerləşdiriləcək, bununla da Laçın şəhəri və ətraf kəndlər Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olacaq. Nəticədə Azərbaycan yeni yaşayış məntəqələrini ələ keçirəcək (azad edəcək – red.). Ermənistan danışıq mövqelərində Azərbaycana növbəti birtərəfli güzəşt edəcək”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Güzəşt  


Bizi "telegram"da izləyin