“Past”: Paşinyan hakimiyyətinə qarşı inamsızlıq hədsiz dərəcədə artıb

2022/06/timth-1656580961.jpg
Oxunub: 373     10:19     06 İyul 2022    
İstənilən ölkədə, xüsusən də investisiyaların həyata keçirilməsi və maliyyənin idarə olunması məsələlərində etimad çox mühüm amildir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Qeyd olunub ki, 2018-ci ilin sonunda Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruriliyini siyasi qeyri-müəyyənliklərin investisiyaların həyata keçirilməsinə mane olması ilə əsaslandırıb.

“Ümumiyyətlə Paşinyan bütün fəaliyyəti boyu belə bir fikir yaratmağa çalışıb: guya hakimiyyət dəyişikliyi nəticəsində Ermənistana maraq və hakimiyyətə etimad o qədər böyükdür ki, diaspordan və xaricdən gələn iş adamları investisiyalar üçün sadəcə olaraq növbəyə dayanıblar. Əslində, biz tez bir zamanda əmin olduq ki, bu hakimiyyət biznes üçün əlverişsiz şərait yaradır, biznesə müxtəlif təzyiq vasitələri tətbiq edir, bank sirrini pozur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   İnamsızlıq  


Bizi "telegram"da izləyin