Erməni hərbi qulluqçunun yaxını: “Oğlum qanaxmaya düşüb, postlarda yara sarğısı belə olmayıb”

2022/06/df45d-1656412514.jpg
Oxunub: 624     17:14     07 İyul 2022    
“Yaxınlıqda həkim olsaydı, yol olsaydı, maşın mənim uşağıma yaxınlaşsaydı, o xilas olardı”.

Ordu.az xəbər verir ki, bunu 44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçu Davit Vardanyanın atası Vahan Vardanyan deyib.

Onun sözlərinə görə, oğlu qanaxmaya düşüb, Ermənistan ordusunun postlarında yara sarğısı belə olmayıb.

“Uşağı iki kilometr o tərəfdə dayanan təcili yardım avtomobilinə yuxu çantası ilə endiriblər, qanaxmaya düşüb. Uşağı sahibsiz qoyublar və “palatka”dan çıxarıblar, nə yara sarğısı, nə pambıq, nə yara rezini, nə də dərman preparatları olmayıb”, - deyə erməni hərbi qulluqçunun atası qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-hərbi-qulluqçu   Müharibə   Ölüm  


Bizi "telegram"da izləyin