Ordu.az xəbər verir ki, bunu 44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçu Davit Vardanyanın atası Vahan Vardanyan deyib.
Onun sözlərinə görə, oğlu qanaxmaya düşüb, Ermənistan ordusunun postlarında yara sarğısı belə olmayıb.
“Uşağı iki kilometr o tərəfdə dayanan təcili yardım avtomobilinə yuxu çantası ilə endiriblər, qanaxmaya düşüb. Uşağı sahibsiz qoyublar və “palatka”dan çıxarıblar, nə yara sarğısı, nə pambıq, nə yara rezini, nə də dərman preparatları olmayıb”, - deyə erməni hərbi qulluqçunun atası qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az