Qərbi Zəngəzuru Ermənistanın digər hissələri ilə birləşdirən yol bərbad gündədir

2022/06/45df4-1656411503.jpg
Oxunub: 515     16:59     28 İyun 2022    
“Bu bərbad yol Zəngəzuru Ermənistanın digər hissələri ilə birləşdirir”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan yazıb və kənarda foto, video paylaşıb.

“Hər dəfə Qarabağın vacib bir hissəsinin, Şuşanın, Hadrutun itirilməsi, minlərlə ölənlər, yaralılar, ədalətsizlik, ölkəmizin və xalqımızın nümayəndələrinin dünyada başıaşağı gəzməsi ilə bağlı bəyanatlar səslənəndə buna cavab olaraq bu torpaqverənlərin əsas və bəlkə də yeganə arqumenti olan asfaltlama qeyd olunur. Kəlbəcərin yeni inşa edilmiş yolunu, mövcud olanı və ediləni unudaraq on kilometrlər barədə rəqəmlər açıqlayırlar. Mehriyə getməzdən bir gün əvvəl ağlıma yenə asfalt düşdü. İndi də ötən gün çəkilmiş bu fotolara, videolara baxın. Bu, təhlükəsiz, asfaltlanmış, abadlaşdırılmış alternativ dövlətlərarası yoldur? Bu bərbad yol Zəngəzuru Ermənistanın digər hissələri ilə birləşdirir. Pul yemək, asfalt çəkmək, korrupsiya... bunların Nikola aidiyyatı yoxdur?”, - deyə o qeyd edib.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərbi-Zəngəzur   Yol  


Bizi "telegram"da izləyin