Erməni politoloq: “Aİ Rusiyanın regionda gördüyü işlərdə ona ciddi rəqib ola bilməz”

2019/01/14416-1548853578.jpg
Oxunub: 425     16:44     28 İyun 2022    
“Qərb və Rusiya, xüsusən də ABŞ və Rusiya Qarabağ münaqişəsinin həllinə fərqli baxır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Qafqaz İnstitutunun direktoru, erməni politoloq Aleksandr İsgəndəryan deyib.

Onun sözlərinə görə, bu gün ABŞ və Rusiya Federasiyasının yaxşı əlaqələndirilmiş işini təsəvvür etmək çətindir.

“Bu, Cənubi Qafqazla heç bir əlaqəyə malik deyil. Bu, Ukrayna münaqişəsi və Rusiya ilə Qərb arasında gərginliyin səviyyəsi ilə bağlıdır”, - deyə İsgəndəryan qeyd edib.

Erməni politoloq vurğulayıb ki, Avropa İttifaqı Rusiyaya rəqib deyil.

“Əminəm ki, Avropa İttifaqı Rusiyanın regionda gördüyü işlərdə ona ciddi rəqib ola bilməz. Rusiya danışıqlarda tərəflərə kömək edə biləcək sadəcə moderator və ya bitərəf tərəf deyil, münaqişənin hər iki tərəfinə silah satan regional gücdür. Onun sülhməramlıları Qarabağda təhlükəsizliyi təmin edirlər. Aİ təhlükəsizlik sahəsində bu rolu oynaya bilməz. Aİ-nin təhlükəsizliyi yoxdur, təhlükəsizliyini NATO-dan alır, təhlükəsizliyin istehlakçısıdır, təchizatçısı deyil”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya   Region  


Bizi "telegram"da izləyin