“Qarabağ məsələsinin Azərbaycan dövləti daxilində həll edilməsi fikri həmişə olub” - İsgəndəryan

2019/02/45645-1549371471.jpg
Oxunub: 733     16:01     28 İyun 2022    
“Hazırda Qarabağ prosesində mövcud olan vəziyyət dalana dirənib və bu saxlanılacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Qafqaz İnstitutunun direktoru, erməni politoloq Aleksandr İsgəndəryan deyib.

Erməni politoloqun sözlərinə görə, bunun nə qədər irəli gedəcəyi və nə qədər saxlanılacağı Ermənistan dövlətçiliyinin subyektivliyinin bərpasından tutmuş Ukrayna müharibəsinə qədər bir çox meyarlardan asılıdır.

“Amma təsəvvür etmək çətindir ki, hansısa diplomatik fəaliyyət nəticəsində bu problem yaxın gələcəkdə həll oluna bilər”, - deyə o bildirib.

İsgəndəryan qeyd edib ki, Qarabağ məsələsinin Azərbaycan dövləti daxilində həll edilməsi fikri həmişə olub.

“Qarabağ məsələsinin Azərbaycan dövləti daxilində, Qarabağın etnik ermənilərinin hüquqlarına hörmət edilməklə həll edilməsi fikri həmişə olub. Başqa bir şey odur ki, bu, heç vaxt nəticə verməyib. İndiki reallıqda heç bir termin çox işləmir, çünki proses hərəkət etmir”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Azərbaycan  


Bizi "telegram"da izləyin