Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, Ermənistanın xarici borcu 6 milyard 533 milyon dollar təşkil edib.
“Daxili borc 18,2% artaraq 3 milyard 047 milyon dollar təşkil edib. Əgər bu ilin əvvəli ilə müqayisədə ilin sonunda dolların məzənnəsi aşağı olarsa, Ermənistanın dram ifadəsində dövlət borcu daha az olarsa, o zaman dövlət borcu/ÜDM nisbəti proqnozlaşdırılan 60,2%-dən aşağı olacaq. Dollar ucuzlaşanda dövlət üçün dövlət borcu yükü müəyyən qədər yüngülləşir. Ermənistanın dövlət borcunun əsas hissəsini, təxminən 70%-ni xarici borclar təşkil edir. Əsasən dollarla alınır və ödənilir, lakin dövlət büdcəsindən məbləğ təbii olaraq Ermənistan dramı ilə verilir, ona görə də dollar nə qədər ucuz olsa, dövlət borcunun əsas məbləğlərinə və faiz ödənişlərinə bir o qədər az vəsait yönəldilir. May ayının sonundan, xüsusən də iyunun ilk iki həftəsində dram dollar qarşısında kəskin bahalaşıb. Dollar iyunun 14-də bir qədər bahalaşsa da, iyunun 17-dən yenidən ucuzlaşıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az