Azərbaycan Ordusunun artilleriya bölmələrində döyüş atışlı təlim keçirilir - VİDEO

2022/06/1656404197.jpg
Oxunub: 556     12:10     28 İyun 2022    
2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirilir.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyətinin, həmçinin şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarılaraq təyin olunan yerlərdə atəş mövqelərini tutublar.

Bölmələr tərəfindən şərti düşmən hədəflərinin sərrast atəş zərbələri ilə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Artilleriya  


Bizi "telegram"da izləyin