Rusiya 43 Kanada vətəndaşına sanksiya tətbiq edib

2022/06/45sd4-1656325667.jpg
Oxunub: 260     14:16     27 İyun 2022    
Rusiya Kanadanın 43 vətəndaşına sanksiya tətbiq edib.

Ordu.az Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, rəsmi Moskvanın sanksiya siyahısına Kanadanın federal və regional səviyyədə olan məmurları düşüb.

“Kanada hakimiyyətinin bu ilin may ayında Rusiya şirkətlərinin rəhbərliyinə və onların ailə üzvlərinə qarşı yeni sanksiyaların tətbiqinə cavab olaraq 43 Kanada vətəndaşının Rusiyaya girişi həmişəlik əngəllənib.

Söhbət federal və regional məmurlardan, hakim Liberal Partiyasının funksionerlərindən və ictimai xadimlərdən gedir”, deyə Rusiya XİN-in yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Kanadada hakim rejim Jastin Trüdo inadla döyüşkən rusofobiya kursunu davam etdirdiyi bir şəraitdə Rusiya tərəfi Ottavanın açıq düşmənçilik hərəkətlərinə cavab olaraq əks tədbirlər görmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, Rusiya XİN-in saytında ölkəyə girişi həmişəlik yasaqlanan Kanada vətəndaşlarının siyahısı da dərc olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kanada  


Bizi "telegram"da izləyin