Dövlət başçısı: "UN-HABITAT-la bu il Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması məsələsi müzakirə edilir"

2022/06/979ed-1656324991.jpg
Oxunub: 282     13:23     27 İyun 2022    
"Bu ilin mart ayında Azərbaycana səfəri çərçivəsində BMT-nin Yaşayış Məskənləri Proqramının (“UN-HABITAT”) icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə gələcək əməkdaşlığımızı müzakirə etmək imkanımız oldu".

Ordu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edərkən deyib.

"Xanım icraçı direktor azad olunmuş Ağdam şəhərinə səfər etdi və dağıntıların miqyasının şahidi oldu. Biz azad edilmiş ərazilərimizin yenidən qurulması sahəsində UN-HABITAT ilə daha sıx əməkdaşlıq etmək arzusundayıq və təşkilatın mütəxəssislərinin yenidənqurma prosesinin iştirakçıları olmasını gözləyirik. Azərbaycan ilə UN-HABITAT arasında bu il Azərbaycanda, Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması məsələsi də müzakirə edilir", - Prezident vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dövlət-başçısı   Azərbaycan  


Bizi "telegram"da izləyin