Ordu.az xəbər verir ki, bu barədə Moldova Prezidenti "Tvitter"də bildirib.
"Bu gün Ukraynadayam. Borodianka, Buça və İrpin şəhərlərində oldum. Gördüyüm zorakılıq və dağıntının miqyasına görə nitqim tutuldu. Bu, ağlasığmaz faciədir və biz cəsur fədakar Ukrayna xalqına sülh, azadlıq, firavanlıq və öz seçdikləri həyat arzulayırıq", Moldova Prezidenti "Twitter"də bildirib.
****
Moldova Prezidenti Maya Sandu Ukraynanın paytaxtı Kiyevdə işgüzar səfərdədir.
Ordu.az xəbər verir ki, bu barədə Moldova Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Moldovanın dövlət başçısı ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək. Eyni zamanda M.Sandu ölkənin Borodyanka, Buça və İrpen şəhərlərini ziyarət edəcək.
Ordu.az