Ceyhun Bayramov: "Azərbaycan, Türkiyə və Qazaxıstan Orta Dəhlizinin inkişaf etdirilməsində maraqlıdır"

2022/06/d1df5-1656317232.jpg
Oxunub: 424     11:30     27 İyun 2022    
"Azərbaycan, Türkiyə və Qazaxıstan Orta Dəhlizinin inkişaf etdirilməsində maraqlıdır".

Ordu.az xəbər verir ki, Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu toplantının keçirilməsi olduqca əhəmiyyətlidir: "Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda çox faydalı əməkdaşlıq mövcuddur. Mehriban qonşuluq, strateji tərəfdaşlıq, qardaşlıq münasibətləri mövcuddur.

İlk dəfə olaraq belə üçtərəfli formatda görüş keçirilir və bu görüşdə daha çox xüsusi olaraq regional məsələlərlə bağlı faydalı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı nəqliyyat və bağlantılarla bağlı fikir mübadiləsinin aparılmasını vacib hesab edirik. Müzakirələr zamanı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsinə, bu istiqamətdə mövcud olan yük daşımalarına diqqət yetirdik. Mövcud olan problemlər, dar boğazların aradan qaldırılması istiqamətində bu coğrafiyada nəqliyyat və kommunikasiya əməkdaşlığımızın genişləndirilməsi istiqamətlərinə xüsusi nəzər saldıqsa, digər tərəfdən müzakirə mövzusunda çox maraqlı yeni dəyərli fikirlər və təkliflər səsləndirilib".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   Orta-Dəhliz  


Bizi "telegram"da izləyin