FHN Vətən müharibəsi iştirakçıları üçün Xaçmaza tur təşkil edib

2022/06/22ebf-1656314770.jpg
Oxunub: 223     10:45     27 İyun 2022    
Qazilər üçün Xaçmaz rayonuna tur təşkil olunub.

Ordu.az xəbər verir ki, 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə bir qrup Vətən müharibəsi qazisi və veteranının Xaçmaz rayonunda istirahəti təşkil edilib.

Səfər çərçivəsində veteran və qazilər Xaçmaz şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edərək önünə gül dəstələri düzüblər.

Xaçmaz rayonu Nabran kəndi ərazisində 6 gün nəzərdə tutulan istirahətdə Vətən müharibəsində iştirak etmiş Bakı şəhərindən olan 44 nəfər qazi və veteran iştirak edir. Vətən müharibəsi qazilərinin və veteranlarının istirahətlərini səmərəli keçirmələri üçün mini futbol, voleybol, stolüstü tennis, bilyard, şahmat, dama və digər yarışlar keçirilib.

Daha sonra mükafatlandırma mərasimində geniş nitq ilə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov yarışın 26 İyun- Silahlı Qüvvələr gününə həsr olunduğunu qeyd edərək qalibləri təbrik edib, mərasimdə iştirak edən bütün qazi və veteranlara gələcək həyatlarında uğurlar arzulayıb.

M.İsmayılov bu əlamətdar günün tarixi barədə, müstəqillik qazandıqdan sonra Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda nizami ordu quruculuğu sahəsində həyata keçirdiyi işlərdən, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun maddi-texniki baza baxımından dünyada, xüsusən regionda qüdrətli və nümunəvi orduya çevrilməsi sahəsində görülmüş işlərdən, 44 günlük Vətən Müharibəsində ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıq və şücaətdən, ölkə rəhbərliyinin müharibə əlili və veteranlarına olan diqqət və qayğısından danışıb.

Tedbirin sonunda yarışların qaliblərinə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyələr və mükafatlar təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FHN   Vətən-müharibəsi-iştirakçıları  


Bizi "telegram"da izləyin