Füzulidə minaya düşən polisin ayağı amputasiya edilib

2021/05/photo-1622458324.jpg
Oxunub: 302     10:54     27 İyun 2022    
Füzuli rayonunda minaya düşən polisin ayağı amputasiya edilib.

Bu barədə Ordu.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, iyunun 26-sı saat 20 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub.

"Hazırda həyatı üçün təhlükə yoxdur", - DİN-in məlumatında bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Füzuli   Mina   Polis  


Bizi "telegram"da izləyin