Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin I üçtərəfli görüşü keçirilir

2022/06/hg45j-1656308562.jpg
Oxunub: 266     09:04     27 İyun 2022    
Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşü keçirilir.

Ordu.az xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev iştirak edir.

İclas başlamazdan öncə nazirlər birgə foto çəkdiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Qazaxıstan  


Bizi "telegram"da izləyin