Türkiyə hər an Suriyada hərbi əməliyyata başlamağa hazır olduğunu bildirib

2022/06/sdf78-1655201057.jpg
Oxunub: 289     00:39     27 İyun 2022    
Türkiyə Suriyanın şimalında yeni hərbi əməliyyata tam hazırdır və ona hər an başlaya bilər.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Habertürk” telekanalının efirində bildirib.

“Son üç-dörd il ərzində Suriyanın şimalında 3 böyük əməliyyat keçirmişik və onları keçirmək üçün heç kimdən icazə almamışıq. Bizim prezidentimiz bildirib ki, əməliyyat istənilən vaxt başlaya bilər. Orada qiymətləndirmə aparılıb və lazım olan hər şey edilib. Biz Suriyanın ərazi bütövlüyünə qarşı yönələcək heç bir addım atmayacağıq”,-deyə Kalın bildriib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin