Kalın: "Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq"

2022/03/9cb1b-1647749094.jpg
Oxunub: 211     23:31     26 İyun 2022    
Türkiyə Ukrayna böhranına görə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Habertürk” telekanalına müsahibəsində deyib.

"Biz Rusiyaya qarşı balanslaşdırılmış siyasət aparırıq. Biz sanksiyalar tətbiq etmirik və buna qarışmayacağıq. Biz öz maraqlarımıza hörmətlə yanaşırıq. Hər kəs körpüləri dağıtsa, sonda Rusiya ilə kim danışacaq? Bizim iqtisadi əlaqələrimiz Rusiya ilə elə bir xarakter daşıyır ki, sanksiyaların tətbiqi Türkiyə iqtisadiyyatına Rusiyadan daha çox zərər verəcək",- deyə Kalın bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kalın   Türkiyə   Rusiya  


Bizi "telegram"da izləyin