ABŞ-ın ordu naziri: “İllərdir, PUA-ların Qarabağ müharibəsindəki təhlükəsinə diqqət yetiririk”

2022/06/Ewi8f-1656302717.jpg
Oxunub: 2384     05:39     27 İyun 2022    
ABŞ ordusu illərdir, PUA-ların xüsusən Ermənistan və Azərbaycan arasında Qarabağ müharibəsində yaratdığı təhlükəyə diqqət yetirir.

Ordu.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın ordu naziri (quru qoşunları) Kristin Uormut deyib.

“Pilotsuz uçuş aparatları və digər avtomatlaşdırılmış sistemlər ABŞ üçün ciddi problemlər yaradır. Buna görə də biz hava və raketdən müdafiə sistemlərimizi təkmilləşdirməyi düşünürük”, - o bildirib.

ABŞ ordusunun rəsmisi qeyd edib ki, Ukrayna hərbçiləri zirehli birləşmələrə və Rusiya əsgərlərinin olduğu yerlərə zərbələr endirmək üçün mütəmadi olaraq Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-larından istifadə edir, Rusiya qüvvələri də düşmənin cəmləşdiyi yeri müəyyən etmək və artilleriya atəşini göstərmək üçün pilotsuz uçuş aparatlarından istifadə edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qarabağ   PUA  


Bizi "telegram"da izləyin