Zakir Həsənov: “Ermənistanla sərhəddə hər hansı təxribata dərhal cavab tədbirləri görülür”

2022/06/6545d-1656270844.jpg
Oxunub: 492     23:11     26 İyun 2022    
Azərbaycan-Ermənistan sərhədində hər hansı təxribata dərhal adekvat cavab tədbirləri görülür.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a müsahibəsində deyib.

“Azərbaycan Ordusu bölmələrinin dislokasiya olunduğu Azərbaycan-Ermənistan dövlət sərhədi sahəsində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır. Burada baş verən hər hansı bir təxribata qarşı dərhal adekvat cavab tədbirləri görülür”, - nazir vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zakir-Həsənov   Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin