Şərifoba kəndində şəhid ailəsi ziyarət edilib

2022/06/elnur-1656252826.jpg
Oxunub: 347     17:16     26 İyun 2022    
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Şərifoba kəndində şəhid Rəvan Şahmuradovun ailəsini ziyarət edib.

Ordu.az xəbər verir ki, Elnur Rzayev şəhidin yaşadığı mənzildə keçdiyi şərəfli döyüş yolunu özündə əsk etdirən fotoşəkillərlə tanış olub.

Şəhid Şahmuradov Rəvan Dilşad oğlu 1999-cu il iyulun 14-də Xaçmaz rayonunun Şərifoba kəndində dünyaya göz açıb. Artilleriyaçı Rəvan Şahmuradov Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qəhrəman döyüşçü ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “ Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ailənin problemləri və qayğıları ilə maraqlanıb. Xaçmaz rayonunda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra daimi xarakter daşıyacağını onların diqqətinə çatdırıb.

Şəhid ailəsi də öz növbəsində göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, şəhid Rəvan Şahmuradovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şərifoba kəndində abidə-bulaq kompleksi inşa olunur. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailəsi və kənd sakinləri ilə birlikdə abidə-bulaq kompleksində işlərin gedişi ilə maraqlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid-ailəsi   Ziyarət  


Bizi "telegram"da izləyin