İran səfirliyi Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan ordusunu təbrik edib

2022/04/1649691061.jpg
Oxunub: 588     17:00     26 İyun 2022    
İranın Azərbaycandakı Səfirliyi 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan komandanları və ordusunu təbrik edib.

Ordu.az xəbər verir ki, bununla bağlı səfirlik tviter hesabında paylaşım edib.

Paylaşımda bildirilir ki, iki qonşu ölkənin silahlı qüvvələri arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir. Bu əməkdaşlıq Cənubi Qafqazda və Xəzər dənizində sülh və sabitliyə zəmanət verəcək.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran-səfirliyi   Azərbaycan   Silahlı-Qüvvələr-Günü  


Bizi "telegram"da izləyin