Almaniyada G7 ölkələrinin sammiti başlayıb

2022/05/1652592810.jpg
Oxunub: 277     15:50     26 İyun 2022    
Almaniyada "Böyük Yeddilik" (G7) ölkələrinin sammiti öz işinə başlayıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, sammitin ilk günündə üç işçi sessiya keçiriləcək, onlardan biri xarici və təhlükəsizlik siyasəti məsələləri, o cümlədən Ukraynadakı vəziyyət fonunda anti-Rusiya sanksiyaları və Moskvaya təzyiqlərin artırılması müzakirə olunacaq. Bundan əlavə, gündəliyə iqlim dəyişikliyi, makroiqtisadi vəziyyət, inflyasiya ilə mübarizə və investisiya əməkdaşlığı daxildir.

Görüş antiqlobalistlərin və G7 əleyhdarlarının nümayişləri fonunda keçirilir. Ümumilikdə, sammit günlərində şəhərin ətrafında azı 17 nümayişin keçirilməsi planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   G7  


Bizi "telegram"da izləyin