Putin Ukraynada hərbi əməliyyat başlayandan bəri ilk xarici səfərə çıxacaq

2022/03/1646987754.jpg
Oxunub: 438     17:05     26 İyun 2022    
Rusiya Prezidenti Vladimir Putin gələn həftə Tacikistana, daha sonra isə Türkmənistana səfər edəcək.

Ordu.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Vladimir Putin əvvəlcə Düşənbədə Tacikistan Prezidenti Emomali Rahmon ilə danışıqlar aparacaq.

Daha sonra Rusiya Prezidenti Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın daxil olduğu “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Türkmənistana gedəcək.

Putin Rusiyaya qayıdandan sonra iyunun 30-da İndoneziya prezidenti Coko Vidodo ilə görüşəcək, o, Rusiya Prezidenti ilə danışıqlardan bir gün əvvəl Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya   Səfər  


Bizi "telegram"da izləyin