İspaniya XİN: “NATO təhlükəsizliyinə ciddi təhdidlər şərq cinahdan gəlir”

2019/11/12390-1574843166.jpg
Oxunub: 307     16:08     26 İyun 2022    
“Hazırda NATO-nun və Pireney yarımadası dövlətlərinin təhlükəsizliyinə ən ciddi təhdidlər alyansın şərq cinahından gəlir”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

XİN rəhbəri xatırladıb ki, NATO-nun iyunun 28-30-da Madriddə keçiriləcək sammiti Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda keçiriləcək:

“İspaniya etiraf edir ki, hazırda NATO-nun, buna görə də ispanların təhlükəsizliyinə ən böyük təhdidlər şərq cinahdan gəlir. Amma cənub cinahdan da təhdidlər var ki, qalan müttəfiqlər bunu bilirlər”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   İspaniya  


Bizi "telegram"da izləyin