Şoyqu Ukraynada müharibədə iştirak edən qoşun qruplaşmasında yoxlama aparıb

2022/06/dsf45-1656232841.jpg
Oxunub: 337     11:35     26 İyun 2022    
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada xüsusi əməliyyatda iştirak edən qoşun qruplaşmasında yoxlama aparıb.

Ordu.az-ın Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Rusiya qruplaşmalarının komanda məntəqələrində Sergey Şoyqu komandirlərin hazırkı vəziyyəti və Rusiya Silahlı Qüvvələrinin əsas əməliyyat bölgələrindəki hərəkətləri haqqında məruzələrini dinləyib.

Şoyqu hərbi əməliyyatlara hərtərəfli dəstəyin təşkilinə, habelə müvəqqəti dislokasiya məntəqələrində Rusiya hərbçiləri üçün bütün zəruri yaşayış şəraitinin yaradılmasına xüsusi diqqət yetirib.

Həmçinin, Rusiya MN başçısı döyüşlərdə qəhrəmanlıq və şücaət göstərən rusiyalı hərbçilərə dövlət mükafatlarını: Rusiya Federasiyası Qəhrəmanının Qızıl Ulduz medalını və “İgidliyə görə” ordenini təqdim edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şoyqu   Ukrayna   Müharibə  


Bizi "telegram"da izləyin