Tbilisidə Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd olunub

2022/06/c1762-1656232157.jpg
Oxunub: 374     11:38     26 İyun 2022    
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd edilib.

Ordu.az xəbər verir ki, rəşadətli ordumuzun yaradılmasının 104-cü ildönümü münasibətilə Heydər Əliyev adına parkda ümummilli liderin abidəsi ziyarət olunub.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe polkovnik-leytenant Fuad İbrahimov, hərbi attaşe aparatı və səfirlik əməkdaşları ulu öndərin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Ziyarətdə Türkiyənin Gürcüstandakı hərbi attaşesi polkovnik Burak Altınər və hərbi attaşe aparatının zabitləri də iştirak edib. Onlar Azərbaycanı və azərbaycanlı həmkarlarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Azərbaycan   Silahlı-Qüvvələr-Günü  


Bizi "telegram"da izləyin