Alban-Udi xristian icmasının üzvləri Suqovuşan və Talışa səfər ediblər - YENİLƏNİB

2022/06/ba50a-1656227320.jpg
Oxunub: 785     11:48     26 İyun 2022    
Alban-Udi xristian dini icmasının üzvlərinin 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə işğaldan azad edilən ərazilərə səfərləri davam edir.

Ordu.az xəbər verir ki, icma üzvləri Talış kəndində yerləşən V əsrə aid olan kilisəni də ziyarət ediblər. Ziyarət zamanı icma üzvləri Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsinə dualar oxuyub, Allahdan rəhmət diləyiblər.

İcma üzvləri kilisədə dini ayin icra edib, şam yandırıblar.

****

Alban-Udi xristian dini icmasının üzvlərinin 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə erməni işğalından azad edilən Tərtər rayonunun Suqovuşan qəsəbəsinə ziyarətləri başlayıb.

Ordu.az xəbər verir ki, icma üzvləri Suqovuşanda olan V əsrə aid olan və ermənilərin 1898-ci ildə bərpa edərək öz məbədi kimi qələmə verdikləri Alban mədəni irsinə aid olan tarixi məkanı ziyarət ediblər.

Kilsədə dini ayin icra edilib.

İcma üzvləri, ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə geniş bərpa-quruculuq işlərinin aparıldığını əsas gətirərək vurğulayıblar ki, bütün tarixi-mədəni və dini abidələrimizin tezliklə bərpa ediləcəyinə əmindirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Alban-Udi-xristian-icması   Suqovuşan   Talış  


Bizi "telegram"da izləyin