Pakistanda 4 terrorçu zərərsizləşdirilib

2022/03/1648356823.jpg
Oxunub: 411     09:47     26 İyun 2022    
Pakistanın təhlükəsizlik qüvvələri Şimali Vəziristan dairəsində 4 terrorçunu zərərsizləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə "Geo.tv" televiziya kanalı ölkənin Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə qurumlararası xidmətinə istinadən bildirib.

Məlumata əsasən, silahlılar Pakistan xüsusi təyinatlılarının dairənin mərkəzi hissəsində yerləşən Dossali rayonunda keçirdiyi antiterror əməliyyatı zamanı məhv edilib.

Toqquşma yerindən silah və sursat götürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Terrorçu  


Bizi "telegram"da izləyin