Kiyevə yaralıların sayı artır, onlardan biri Rusiya vətəndaşıdır - YENİLƏNİB

2022/06/85fbe-1656232684.jpg
Oxunub: 729     11:54     26 İyun 2022    
Rusiya ordusunun Ukraynanın Kiyev şəhərinə endirdiyi raket zərbələri nəticəsində yaralananların sayı artıb.

Ordu.az xəbər verir ki, xəsarət alanların sayı 5 nəfərə çatıb.

Onlardan biri Rusiya vətəndaşıdır.

****

Rusiya ordusunun Kiyevə hücumları nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko Telegram səhifəsində məlumat verib.

Məlumata görə, raketinin düşdüyü evin dağıntıları altında insanlar qalıb.

O bildirib ki, xilasedicilər və həkimlər hadisə yerində işlərini davam etdirirlər. Artıq xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti qənaətbəxşdir.

"Dostlar! Raketin düşdüyü Şevçenkovski rayonunda yaşayış binasında axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altında insanlar var. Sakinlərdən bəziləri təxliyə edilib, iki zərərçəkən xəstəxanaya yerləşdirilib” deyə Kliçko bildirib.

O əlavə edib ki, xilasedicilər bir uşağı dağıntılar altından çıxara biliblər:

"Şevçenko rayonunda yaşayış binasının dağıntıları altından yeddi yaşlı qız çıxarılıb. O, sağdır. Hazırda anası xilas edilir".

****

Ukrayna paytaxtı Kiyev şəhərinin Şevçenko rayonunu Rusiya ordusunun atəşə tutub, ilkin məlumatlara görə, zərərşəkənlər var.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu gün saat 06:29-da 9 mərtəbəli binada yanğın baş verməsi barədə xilasedicilərə xəbər daxil olub. Dərhal hadisə yerinə ən yaxın yanğınsöndürmə və xilasedicilər gəlib. Müəyyən edilib ki, Rusiya ordusunun atəşə tutması nəticəsində 9 mərtəbəli yaşayış binasında yanğın baş verib, 7, 8 və 9-cu mərtəbələri qismən dağılıb. Yanğın sahəsi 300 kv. m. əhatə edib.

"Hazırda yanğının söndürülməsi və insanların xilas edilməsi istiqamətində tədbirlər görülür. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə yerinə 19 yanğınsöndürən texnika və 67 canlı qüvvə cəlb olunub", - məlumatda deyilir.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiyev   Hücum  


Bizi "telegram"da izləyin