“Zham.am”: Paşinyan ölkə iqtisadiyyatını məhv edir

2022/06/sdf78-1655355716.jpg
Oxunub: 386     19:55     29 İyun 2022    
Ermənistan dramının üç ay əvvəl başlayan devalvasiyası Rusiya-Ukrayna müharibəsi ilə bağlı idisə, bu gün demək olar hamıya aydındır ki, bu hakimiyyət hətta bu fenomendən də istifadə etməyə çalışır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Zham.am” nəşri yazıb.

Qeyd olunub ki, bu ilin mart ayının ortalarında rublun iki dəfəyə yaxın ucuzlaşdığı vaxt erməni dramının məzənnəsi dollara nisbətdə 480 dramdan 520 drama yüksəlib.

“Həmin vaxt Rusiya Mərkəzi Bankı rublun növbəti devalvasiyasının qarşısını almaq üçün yenidən maliyyələşdirmə dərəcəsini 20-yə qaldırmaq qərarına gəlib. Ermənistan və Rusiya iqtisadiyyatları arasında sıx əlaqələri nəzərə alsaq, o zaman rublla yanaşı erməni dramının da ucuzlaşa bilməsi təhlükəsi var idi. Məhz buna görə də bu ilin mart ayının ortalarında Ermənistan Mərkəzi Bankı yenidən maliyyələşdirmə dərəcəsini 8-dən 9,25%-ə qaldırmaq qərarına gəlib. O dövr üçün bu qərar düzgün və haqlı idi. Lakin Rusiya hakimiyyətinin atdığı bir sıra addımlar nəticəsində rublun devalvasiyası nəinki dayandı, hətta sürətlə dəyər qazanmağa başladı. Son üç ayda rublun devalvasiyası ilə paralel olaraq Rusiya Mərkəzi Bankı yenidən maliyyələşdirmə dərəcəsini üç dəfə aşağı salıb. Ermənistanda isə bu sahədə demək olar ki, heç nə baş verməyib. Bu ilin mart ayının ortalarında Mərkəzi Bankımız indiyədək dəyişməmiş 9,25% faiz dərəcəsini təsdiqləyib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   İqtisadiyyat  


Bizi "telegram"da izləyin