Erməni ictimai xadim: “Azərbaycanlılar ermənilərə deyil, özlərinə yol çəkirlər”

2022/06/79947-1656173911.jpg
Oxunub: 965     17:18     28 İyun 2022    
“Ermənistan Baş naziri Nikol Paşinyana, Arayik Harutyunyana, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryana, Ermənistan müdafiə naziri Suren Papikyana, Ermənistan xarici işlər naziri Ararat Mirzoyana, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana, Qarabağ “təhlükəsizlik şurasının katibi” (qondarma qurum-red.) Vitali Balasanyana, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyana, bu mövzu ilə əlaqəsi olan hər kəsə ciddi xəbərdarlıq edirəm”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Edqar Qazaryan bildirib.

Onun sözlərinə görə, Laçın şəhərindən keçən hazırkı dəhlizin dəyişdirilməsi üçün hər hansı bir variantı müzakirə etmək olmaz.

“Laçın şəhərindən keçən hazırkı dəhlizin dəyişdirilməsi üçün hər hansı bir variantı müzakirə etməyə cəsarət etməyin. 10 noyabr bəyanatına əsasən, bu dəhliz Qarabağı Ermənistana bağlayan yeganə zəmanətli yoldur. Gedəcəksiniz və ağlınızdakı ikinci adamı tapacaqsınız. Onu əmin edəcəksiniz ki, azərbaycanlılar Laçın dəhlizindən 5 km kənarda yerləşən, özləri tərəfindən nəzarət edilən ərazidə öz büdcə vəsaitləri ilə türk şirkəti tərəfindən ermənilər üçün yol inşa edirlər. Belə bir şey ola bilməz. Onlar özləri üçün yol çəkirlər ki, gələcəkdə bu yolla Qubadlıdan Zəngəzur vasitəsilə Naxçıvanla əlaqə yaratsınlar. Bu, Qarabağın son məhvidir”, - deyə Qazaryan qeyd edib.

Alpər Mövludoğlu

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Yol  


Bizi "telegram"da izləyin