“Armenian info”: Səlahiyyətlilər peyk mövzusunu qalın bir sirr dumanı ilə örtürlər

2021/04/photo-1618646919.jpg
Oxunub: 392     16:23     28 İyun 2022    
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan erməni peykinin ətrafında dolaşan xəbər və şərhləri şərh edərək bildirib ki, mövzu gizli saxlanıldığından peykin bütün imkanları və ya Ermənistanın onlar üçün planları ilə bağlı mötərizələri aça bilməz.

Ordu.az xəbər verir ki, bu barədə “Armenian info” “Telegram” kanalı yazıb.

Kanalın bildirdiyinə görə, Xaçatryan qeyd edib ki, bununla bağlı mətbuat konfransı təşkil olunacaq, orada bütün sualların cavabları veriləcək.

“Guya peykin real imkanları gizli saxlanılır. Nikolu yeni Yuri Qaqarin kimi təqdim edərək piar məsələlərini həll etməyi planlaşdıran səlahiyyətlilər indi öz tələlərinə düşüblər. Məlum olub ki, “CubeSat” sinifli peyk İspaniyaya məxsusdur, ABŞ-dan “Falcon-9FT” raketi ilə buraxılıb. Nə baş verir? Baş verən isə odur ki, səlahiyyətlilər mövzunu qalın bir sirr dumanı ilə örtürlər”, - deyə kanal qeyd edib.

Alpər Mövludoğlu

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Peyk  


Bizi "telegram"da izləyin