Ordu.az xəbər verir ki, bunu qondarma qurumun “nümayəndəsi” Metakse Hakobyan deyib.
““Hökumət”in (qondarma qurum-red.) qərəzli olması ilə bağlı faktlar gətirirlər: onların tərəfdarlarına, qohumlarına, tanışlarına, qohumlarına gizli şəkildə pul verilir. Və bütün bunlar qeyri-qanuni yolla həyata keçirilir. Fondlar pulu ya əsasən faizsiz, ya da çox aşağı faizlə verirlər. Amma əslində uzun müddətdir heç bir qayda-qanun fəaliyyət göstərmir. İstədiklərinə verirlər, istəmədiklərinə vermirlər. Qalmaqal çıxaran bir neçə belə hadisə də olub ki, “hakim qanad”a yaxın olan insanlar on milyonlarla pul alırlar”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az