Ordu.az xəbər verir ki, Avetisyan Ermənistanın hazırkı hakimiyyətinin torpaqları təhvil verdiyini bildirib.
“Bugünkü səlahiyyətlilər torpağı təhvil veriblər və təhvil verirlər. Regionumuzun altı ölkəsindən (Ermənistan, Rusiya, Gürcüstan, İran, Türkiyə, Azərbaycan) 2021-ci ildə yalnız Ermənistan əsas makro göstəricilərlə 2020-ci ilin dərin sosial-iqtisadi tənəzzülündən çıxa bilməyib. Və bu, 2022-ci ildə hakimiyyətin anti-sosial dövlət büdcəsi qəbul etməsinin əsas səbəbi idi. 2020-ci ilin əvvəlindən inflyasiyanın yüksəlməsi şəraitində minimum əmək haqqı, yoxsulluğa görə müavinətlərin və pensiyaların əsas məbləği artırılmayıb”, - deyə o qeyd edib.
Erməni deputat vurğulayıb ki, reallığı gizlətmək üçün mütəmadi olaraq təhrif olunmuş vəziyyəti təsvir edirlər.
Alpər Mövludoğlu
Ordu.az