Ermənistan MTX-yə 1 milyard drama yaxın pul ayrılıb

2022/06/timth-1656172816.jpg
Oxunub: 277     15:59     28 İyun 2022    
Ermənistan hökumətinin iyunun 23-də keçirilən iclasında 2022-ci il büdcəsinin yenidən bölüşdürülməsi və Milli Təhlükəsizlik Xidmətinə pul ayrılması barədə qərar qəbul edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Layihə ilə Ermənistan MTX-nin normal fəaliyyətinin həyata keçirilməsi üçün hökumətin 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 975 686,3 min dram vəsaitin ayrılması nəzərdə tutulur.

Qərarın əsaslandırmasında bildirilir ki, kəşfiyyat, əks-kəşfiyyat, terrorizmə qarşı mübarizə sahəsində görünən və qənaətbəxş nəticələrə nail olmaq üçün milli təhlükəsizlik orqanlarının texniki cəhətdən təchiz edilməsi, onların yeni ixtisaslı və zəruri kadrlarla təchiz edilməsi prioritet vəzifədir.

Xatırladaq ki, əvvəlki iclasda erməni polisinə 2 milyard drama yaxın vəsait ayrılmışdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin