Ermənistanda polis şikayətçi çinli qadına təcavüz edib

2022/06/1656133613.jpg
Oxunub: 387     07:56     25 İyun 2022    
Ermənistana turist kimi gələn çinli Lei Manna İrəvanda polis əməkdaşı tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.

Bu barədə Ordu.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Çin vətəndaşı bildirib ki, polis əməkdaşı ona qarşı əxlaqsız hərəkətlər edib. Hadisə iyunun 2-də baş verib. Belə ki, həmin gün qaldığı otel kirayə üçün verdiyi artıq pulun qalığını qadına qaytarmayıb. Lei Manna bu səbəbdən polisə müraciət edib. Polis əməkdaşları gələndə o, otelin xaricində dayanıb. Onlardan biri turistə qarşı əxlaqsız hərəkətlər edib.
Çin vətəndaşı avtomobilə əyləşəndə polis əməkdaşı digər iş yoldaşlarının və tərcüməçinin yanında ona qarşı növbəti dəfə əxlaqsız davranış sərgiləyib.

Cinsi təcavüzə məruz qalan Lei Manna hadisə ilə bağlı polisə məlumat verəndə hüquq-mühafizə orqanları hadisədə "cinayət tərkibi" olmadığını iddia edərək, onun şikayətini qəbul etməkdən imtina ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin