Blinken: "Rusiyaya qarşı sanksiyalar Ukraynada müharibənin bitməsini sürətləndirməlidir"

2022/05/74120-1651940395.jpg
Oxunub: 250     01:02     25 İyun 2022    
Qərbin Rusiyaya qarşı sanksiyaları Ukraynaya qarşı hərbi əməlyyatların dayandırılmasını sürətləndirməyə hesablanıb.

Ordu.az "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

O qeyd edib ki, Rusiya Ukraynadan milyonlarla ton taxıl ixracını əngəlləyir, onun Qara dəniz limanlarından istifadəsinə mane olur.

“Biz Rusiyanın Ukraynaya qarşı təcavüzünü mümkün qədər tez dayandırması üçün ona qarşı sanksiyalar tətbiq edərkən, bu məhsulların daşınması üçün zəruri olan sığorta və nəqliyyat üçün xüsusi istisnalar etmişik”, - Blinken deyib.

Xatırladaq ki, daha əvvəl Ukraynanın Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi planı hazırladığı barədə məlumat yayılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin