Ərdoğan meşə yanğınlarının söndürülməsində Azərbaycanın köməyindən danışıb

2022/06/1656097394.jpg
Oxunub: 472     22:39     24 İyun 2022    
“Yanğınların söndürülməsinə Azərbaycandan da təklif gəlib. Bir təyyarə göndərilib. Həmin təyyarə indi meşə yanğınlarının söndürülməsində yer alıb”.

Ordu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlada meşə yanğınlarının söndürülməsindən danışarkən deyib.

Türkiyə Prezidenti yanğının söndürülməsi işlərinin davam etdiyini, Rumıniya və İsraildən təyyarə dəstəyi ilə kömək təklifinin olduğunu bildirib. Lakin hələlik yardımlara ehtiyac olmadığından Türkiyə təbii fəlakətlə öz vəsaiti hesabına mübarizə aparır.

Dövlət başçısı vurğulayıb ki, 15-i təyyarə, 46-sı helikopter olmaqla ümumilikdə 61 hava maşını yanğınların söndürülməsində iştirak edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə   Azərbaycan   Meşə-yanğını  


Bizi "telegram"da izləyin