Ermənistanda Özbəkistan şirkətinin vəsaitini oğurlamağa çalışıblar

2022/06/image-1656097016.jpg
Oxunub: 355     16:16     27 İyun 2022    
“Təəssüflə qeyd etməliyəm ki, hüquq-mühafizə orqanlarımız həyata keçirilmə mərhələsində olan ağır cinayət haqqında məlumat almaq şəraitində zəruri canfəşanlıq nümayiş etdirmir”.

Ordu.az xəbər verir ki, bunu erməni vəkil Arsen Sərdaryan yazıb.

Onun sözlərinə görə, Özbəkistanın ticarət şirkəti Ermənistanda qeydiyyatdan keçmiş şirkətlə şəkər tədarükü üçün müqavilə bağlayıb və bu müqaviləyə əsasən, Özbəkistandan Ermənistana 124 min dollar köçürüb.

“Lakin bundan sonra şəkər məhsulu razılaşdırılmış yerə yüklənməyib, tədarükçünün saxta anbar ünvanı verdiyi, sonra saytın da saxta olduğu üzə çıxıb və bir çox insan həmin sayt tərəfindən aldadılıb. Fırıldaqların qurbanı olduğuna əmin olan Özbəkistan şirkətinin direktoru pulu geri almaq üçün öz bankına müraciət edib, bu bank isə vasitəçi banka, o da öz növbəsində “Ardşınbank”a müraciət edib. Xoşbəxtlikdən cinayətkarlar “Ardşınbank”dan pulları nağdlaşdıra, başqa hesablara köçürə və ya başqa yolla ələ keçirə bilməyiblər, pullar dondurulub. Kriminal polisimizin iş üslubu yolverilməzdir, ola bilsin ki, gələcəkdə dövlət öz hüquq-mühafizə orqanlarının səhlənkarlığı ucbatından Özbəkistan vətəndaşlarına dəymiş ziyanı ödəməli olsun”, - deyə Sərdaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Özbəkistan  


Bizi "telegram"da izləyin