“Hraparak”: Müharibədə biabırçı məğlubiyyətə uğrayan hökumətə qarşı cəmi 10-20 min insan üsyan edir

2022/06/image-1656096664.jpg
Oxunub: 384     15:10     27 İyun 2022    
Ermənistan müxalifəti yenə də hakimiyyət dəyişikliyi üçün küçələrə kritik kütlə toplaya bilməyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, müxalifət ilk uğursuzluğu 10 noyabr 2020-ci ildə kapitulyasiya aktının imzalanmasından sonra yaşayıb.

“Bu dəfə parlamentin iki müxalifət fraksiyası birləşərək Paşinyanı devirmək və Ermənistanda ləyaqətli, milli xarakter daşıyan hökumət qurmaq üçün birləşdi. Görəsən hökumət daha nə etməli idi ki, insanlar Paşinyanın istefasını tələb etmək üçün küçələrə çıxsınlar? Elə bir sahə yoxdur ki, bu hakimiyyət onu uğursuz etməsin. Müharibədə biabırçı məğlubiyyətə uğrayan, minlərlə insan və ərazi itkisi verən, Türkiyə və Azərbaycanın tələblərinə itaətkarlıqla əməl edən, öz ərazilərini və Ermənistanın mühüm yollarını heç bir problem olmadan təslim edən hökumətə qarşı cəmi 10-20 min insan üsyan edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə   Məğlubiyyət  


Bizi "telegram"da izləyin