Erməni ekspert: “İqtisadiyyatımız ən ciddi problemlərlə üz-üzə dayanıb”

2022/06/45454-1656096449.jpg
Oxunub: 316     14:39     27 İyun 2022    
“Ermənistan iqtisadiyyatı ən ciddi problemlərlə üz-üzə dayanıb”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni ekspert Hripsime Stambulyan yazıb.

Onun sözlərinə görə, Ermənistanda ərzaq görünməmiş dərəcədə bahadır.

“May ayında inflyasiya 14,5% təşkil edib. Yalnız çörək məmulatlarının inflyasiyası 15%-dən çoxdur, tərəvəzlərin qiyməti 50% sərhədi keçib. Təəssüf ki, bu serialın davamı ola bilər, amma hamımız bu acı reallıqla hər gün qarşılaşırıq. Bizim üçün, ölkə iqtisadiyyatı üçün ən vacib halqa olan istehsalçı və ixracatçı bir müddətdir ki, qeyri-müəyyənlik içərisindədir”, - deyə Stambulyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İqtisadiyyat   Problem  


Bizi "telegram"da izləyin