Erməni ekspert: “İndiki hökumət son müharibəsindəki məğlubiyyətə görə birbaşa məsuliyyət daşıyır”

2022/06/99-83-1656096412.jpg
Oxunub: 325     14:15     27 İyun 2022    
“Müstəqil Ermənistanda indiki administrasiyadan əvvəlki heç bir administrasiya heç vaxt Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ABŞ-dakı keçmiş səfirinin müavini, beynəlxalq məsələlər üzrə erməni ekspert Armen Xarazyan deyib.

Onun sözlərinə görə, Ermənistanın keçmiş və indiki hakimiyyəti bir-birini günahlandırmaqdansa, milli təhlükəsizlik məsələlərində bir-birinə qarşı deyil, birgə fəaliyyət göstərməlidir.

“Ermənistanın indiki hökuməti son Qarabağ müharibəsindəki məğlubiyyətə görə birbaşa məsuliyyət daşıyır, lakin bu o demək deyil ki, bizim bütün keçmiş administrasiyalar ölkənin milli təhlükəsizlik siyasətinin uğursuzluğuna, iqtisadi rəqabət qabiliyyətinə, qeyri-kafi vəziyyətə görə bərabər məsuliyyət daşımırlar”, - deyə Xarazyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə   Məğlubiyyət  


Bizi "telegram"da izləyin