Ordu.az xəbər verir ki, bunu 1992-1998-ci illərdə Ermənistan parlamentinin vitse-spikeri, ölkənin fövqəladə və səlahiyyətli səfiri olmuş Ara Sahakyan deyib.
Onun sözlərinə görə, Rusiya Azərbaycandan xahiş edir ki, Ermənistanı şantaj etməsin.
“Tələsmək üçün heç nəyə sahib deyilik. Biz elə bir vəziyyətdəyik ki, irəli gedə bilmərik, yorulacağıq. Hakimiyyət kobud səhvə yol verir, diplomatlara məhəl qoymur”, - deyə Sahakyan qeyd edib.
Ermənistan parlamentinin keçmiş vitse-spikeri vurğulayıb ki, sülh, delimitasiya və demarkasiya dövrünü Ermənistan hakimiyyətinin gündəmi hesab edir və ya bunda digər region ölkələrinin də maraqlarının olduğunu düşünür.
O bildirib ki, Rusiya Ermənistanda heç vaxt belə rahat hakimiyyətə sahib olmayıb.
Alpər Mövludoğlu
Ordu.az