“Bizdə məhkəmə hakimiyyətə, klanlara və oliqarxlara xidmət edib” - Parsyan

2022/06/df8g7-1656090058.jpg
Oxunub: 251     10:32     27 İyun 2022    
“Bizdə bənzər məhkəmə sistemi olduğu müddətcə Ermənistanda investisiyalar olmayacaq”.

Ordu.az xəbər verir ki, bunu erməni iqtisadçı Suren Parsyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, investisiya cəlb etmək üçün ölkədə ədalətli, müstəqil məhkəmə sisteminin olması çox vacibdir.

“İnvestisiya cəlb etmək üçün ölkədə ədalətli, müstəqil məhkəmə sisteminin olması çox vacibdir, çünki investor müstəqil olaraq dövlət və ya digər biznes qurumları ilə mübahisə edə bilər. Mülkiyyət hüquqlarının müdafiəsi üçün effektiv mexanizmlər işləsə, ölkə investisiya baxımından cəlbedici olacaq. Təəssüf ki, Ermənistanda həmişə siyasiləşmiş məhkəmə sistemi mövcud olub, əsasən fəaliyyətdə olan hakimiyyətə, klanlara və oliqarxlara xidmət edib. Bu şəraitdə sürətli inkişaf, həyat keyfiyyətinin dəyişməsi sadəcə olaraq mümkün deyil”, - deyə Parsyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Məhkəmə   Parsyan  


Bizi "telegram"da izləyin