“Hraparak”: 2021-ci ildəki növbədənkənar seçkilər Ermənistanın məğlubiyyətinin legitimliyi idi

2022/06/image-1656089795.jpg
Oxunub: 421     16:43     27 İyun 2022    
Növbədənkənar parlament seçkilərindən, bu seçkilərdə “Vətəndaş Müqaviləsi” blokunun saxtakarlıqla qalib gəlməsindən düz bir il keçib və xüsusilə müqavimət hərəkatının uğursuz olması fonunda bu fəlakətli aktın acı dərslərini yenidən xatırlamağa dəyər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, əvvəlcə daxili ziddiyyətlərlə dolu olan, müharibədən sonra formalaşan “Vətənin Qurtuluşu Hərəkatı” getdikcə əsas məqsədindən, yəni Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasından imtina edərək növbədənkənar seçkiyə razılıq verib.

“Metodoloji böhrana düşmüş müxalifət iki ay əvvəl də analoji səhvə yol verib, mandatları müvəqqəti olaraq küçə ilə əvəz edib və yenidən platforma mübarizəsinə başlayıb. Halbuki indi yenidən parlamentə qayıtmaq məsələsi gündəmdədir. 2021-ci ildəki növbədənkənar seçkilər nə az, nə çox, Ermənistanın məğlubiyyətinin legitimliyi idi və orada iştirak edən bütün qüvvələr təəssüf ki, buna xidmət edirdi”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Məğlubiyyət  


Bizi "telegram"da izləyin