Azərbaycana məxsus “Amfibiya” bu gün Türkiyədə yanğınla mübarizədə 2 uçuş edib

2022/06/62b44-1655983930.jpg
Oxunub: 444     19:35     24 İyun 2022    
Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyənin Muğla əyalətinin Marmaris bölgəsində yanğınların söndürülməsində iştirak edib.

Ordu.az xəbər verir ki, dünən gecə saatlarında Türkiyəyə gələn təyyarə bu gün 2 uçuş həyata keçirərək Yeşilbelde və Çöplük rayonlarında yanğın ərazisinə 120 tona yaxın su töküb.

Qeyd edək ki, ekipaj sabah da yanğına müdaxilə prosesini davam etdirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin