Qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradılıb - FOTOLAR

2022/06/62b58-1656066585.jpg
Oxunub: 304     14:23     24 İyun 2022    
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” üzrə əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs aktivlərlə təmin olunub.

Bu barədə Ordu.az-a Nazirlikdən xəbər verilib.

Bildirilib ki, özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihənin iştirakçılarına istehsal-xidmət sahələri üzrə avadanlıqlar təqdim edilib. Verilmiş aktivlər hesabına onlar kiçik bizneslərini yaradıblar.

Layihə üzrə bu il həssas qruplara aid artıq 3 minə yaxın şəxsə öz bizneslərini qurmaları üçün aktivlər verilib.

“Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” 22 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını və onların kiçik biznesə çıxışını təmin etməyi nəzərdə tutur.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazi   Şəhid-ailəsi  


Bizi "telegram"da izləyin