Azərbaycan XİN rəhbəri: “Sülh prosesi formatın girovu ola bilməz”

2022/06/trend-1656064791.jpg
Oxunub: 335     13:55     24 İyun 2022    
“Azərbaycan üçün prioritet Ermənistanla münasibətlərin normallaşdırılması prosesi və regionda dayanıqlı sülhün təmin edilməsidir. Bu proses formatın girovu ola bilməz”.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında ATƏT-in Minsk qrupunun taleyi ilə bağlı jurnalistin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Minsk qrupu ilə təmaslardan imtina etməyib: “Biz Minsk qrupundan onların gələcək rolu ilə bağlı baxışlarını açıqlamalarını gözləyirdik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   XİN  


Bizi "telegram"da izləyin